19 Aprel 2014 12:00
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunnda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Güloğlan Məmmədovun idarə etdiyi “VAZ-21011” və 1961-ci il təvəllüdlü Fazil Bəkirzadənin idarə etdiyi MAN markalı avtomobilləri toqquşub.

Nəticədə Güloğlan Məmmədov xəstəxanaya yerləşdirilib. Onun sərnişini, 1959-cu il təvəllüdlü Mərmər Cəfərova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: