4 İyun 2014 12:52
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğruluq hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ulduz Sərdarovanın evindən 1000 manat oğurlamış Gürcüstan vətəndaşı Zamin Binətov tutulub.

Hacı Zeynalov


Müəllif: