4 İyun 2014 20:57
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunun Qax-Şəki yolunun 3-cü klometirliyində vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin kabina hissəsi və 5 ədəd qabaq təkərləri yanıb.

Teleqraf.com-un məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonunun Kalinovka kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin 1 otağın və eyvanın yanar konstruksiyaları 55 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: