5 İyun 2014 09:44
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinə məxsus qarajda iki yük avtomobilinin yanar hissələri yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Birliyə məxsus qarajda "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: