5 İyun 2014 12:49
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda binaya bomba qoyulması ilə bağlı yanlış məlumat verən şəxs müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iİyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai rayon Polis İdarəsinə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

Dərhal həmin ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.

Hacı Zeynalov


Müəllif: