5 İyun 2014 13:43
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı İntiqam Etibar oğlu həmkəndlisi, 21 yaşlı Nicat Qüdrətovu bıçaqlayıb. Bıçaq xəsarəti alan 21 yaşlı oğlan Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Tovuz polisinin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: