5 İyun 2014 15:46
546

Lerikdə əvvəllər məhkum olunmuş şəxsin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Teleqraf.com-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Lerik rayon sakininin etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və digər qanunsuzluqlara yol verməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Əlican Səfərovun “Polymer-Trade LTD” şirkətinin adından saxta sifariş məktubları hazırlayıb istifadə edərək 86 ton yüksək təzyiqli polietilenin, həmçinin həmin şirkətin səlahiyyətli nümayəndəsi olması barədə saxta sənəddən istifadə edib “Azərikimya” İstehsalat Birliyi ilə müqavilə bağlayaraq hazırladığı saxta sifariş məktubları əsasında 129 ton yüksək təzyiqli polietilenin xaricdə fəaliyyət göstərən şirkətlərə göndəriliməsini təmin edib sataraq özgənin 178 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirərək dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: