5 İyun 2014 15:53
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarətilə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Rafael Xanlar oğlu Xankişiyevin məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, bu ilin fevralın 13-də Siyəzəndən Quba istiqamətinə gedən “ZİL 131” markalı avtomaşın yolun sağ kənarı ilə hərəkətdə olan iki nəfəri vurub. Nəticədə 1956-cı il təvəllüdlü Eyyub Yaqubov yerindəcə keçinib. Mərhumun 2010-cu il təvəllüdlü nəvəsi Rəşad Ocaqverdiyev xəsarətlərlə Bakı Travmotologiya İnstitutuna göndərilib. Tibbi yardım nəticəsində 4 yaşlı oğlanın həyatını xils etmək mümkün olub.

Sürücü Rafael Xankişiyevin idarə etdiyi “ZİL 131” markalı avtomaşın Dövlət Neft Şirkətinin Siyəzən Neft və Qazçıxarma İdarəsinə məxsusdur. Araşdırmalar zamanı Rafael Xankişiyevin yol qəzası törətməkdə günahkar bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı iyunun 9-na təyin olub.

Hacı Zeynalov


Müəllif: