5 İyun 2014 16:10
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Sahib Dadaşov, Rəfi Hüseynov, Rauf Həsənovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həbs ediliblər. Abşeron rayon sakini Sahib Dadaşov, Bakı şəhər sakinləri Rəfi Hüseynov və Rauf Həsənov küçənin ortasında Elçin Nəzərovu hədələyərək ondan pul tələb ediblər.

Beləliklə, 3 nəfərdən ibarət dəstə üzvü bıçaqla Elçin Nəzərova hədə-qorxu gəlib. Onlar Elçin Nəzərovun 35 manat pulunu və mobil telefonunu alaraq qaçıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılaraq hadisəni borca gorə törətdiklərini etiraf ediblər. Onların yaşadıqları ərazidə mağazalara xeyli borcu olduğu bildirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar məhkəmə iclasında törətdikləri cinayəti etiraf ediblər.

Hacı Zeynalov


Müəllif: