5 İyun 2014 17:11
3 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon Məhkəməsində Milli Məclisini deputatı Fərəc Quliyevin oğlu Turkel Quliyevin oğlundan şikayətçi olan Bakı şəhər sakini Afaq Süleymanovanın iddia ərizəsinə baxılıb.

Bu barədə Teleqraf.com-a Afaq Süleymanovanın vəkili Şakir Həşimov məlumat verib. O, deyib ki, Afaq Süleymanovanın mülki qaydada verdiyi şikayət təmin edilməyib və Türkel Quliyevin xeyrinə olan qərar qəbul edilib.

Afaq Süleymanovanın vəkili onu da əlavə edib ki, Hərbi prokurorluğa edilən şikayətdə baxılmayıb.
Qeyd edək ki, Turkel Quliyevin törətdiyi yol qəzasında xəsarət alan Bakı şəhər sakini Afaq Süleymanova məhkəməyə göndərdiyi iddia ərizəsində deputatın oğlundan 100 min manat təzminat tələb edib. Afaq Süleymanova deyib ki, Yasamal rayonunda yoldan keçərkən Türkel Fərəcovun idarə etdiyi maşının altında qalıb.

Afaq Süleymanova deputatın oğlunun aldığı qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikada müalicə alan Afaq Süleymanova sonradan müalicəsini Kliniki Tibbi Mərkəzdə davam etdirib. Afaq Süleymanovanın sözlərinə görə, xəstəxanada aldığı müalicəsinin xərclərini deputat çəkib. O, deyib ki, xəstəxanada düzgün müalicəsi aparılmayıb və bununla bağlı gözlərində qüsur əmələ gəlib: “Göz damarlarımda qan yığılması qalıb. Bununda müalicəsi Azərbaycandan kənarda aparılmalıdır”.
Afaq Süleymanova deyib ki, Türkel Quliyev hadisə zamanı sürət həddini aşıb və bunun da nəticəsində ağır qəzanın baş verməsi ilə nəticələnib. O, deyib ki, ekspertiza sürət həddi ilə bağlı saxta rəy verib. Onun sözlərinə görə, rəy əsasında Yasamal rayon Prokurorluğu cinayət işinin başlanmasına xitam verib:

“Atam cinayət işinin rədd edilməsi ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətimiz əsasında cinayət işi təzələnib və araşdırılması üçün Hərbi Prokurorluğa göndərilib”.


Qeyd edək ki, Türkel Quliyev Milli Məclisini üzvü Fərəc Quliyevin kiçik oğludur. Türkel Quliyev Bədən Tərbiyə və İdman Akademiyasını bitirib, ehtiyatda olan zabitdir.

Hacı Zeynalov


Müəllif: