19 Aprel 2014 23:21

Bakıda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb.

Teleqraf.com-un verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda qeydə alınan hadisə zamanı 20 yaşlı Qəmbər Süleymanov aldığı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb.

Daxil olan məlumat əsasında Yasamal polisi əməliyyata başlayıb. Araşdırmalar zamanı məlum olub ki, cinayət hadisəsi Moskva prospekti, 67 saylı binanın qarşısında baş verib.

20 yaşlı gəncin həmyaşıdı Nəsir Nəsirov tərəfindən bıçaqlandığı məlum olub. Sabirabad rayon sakini olan Nəsib Nəsirov Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqa ifadə verən Nəsir Nəsirov Qəmbər Süleymanovu onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün bıçaqladığını deyib. İndi əməlindən peşman olduğunu deyən Nasir barəsində cinayət işi başlaınıb.


Müəllif: