7 İyun 2014 12:10
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik plantasiyası aşkarlanıb.

Teleqraf.com Regional TV-yə istinadən xəbər verir ki, Quba rayonunun Barlı kənd sakini 55 yaşlı Fərman Mirişovun həyətində aşkarlanan plantasiyanın sahəsi 2 sotdan artıqdır. Saxlanılaraq Quba RPŞ-yə gətirililən Fərman Mirişov narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əkdiyini bildirib.

Əməliyyat axtarış tədbirləri nəticəsində 125 ədəd çətənə kolu maddi sübut kimi götürülərək ekspertizaya verilib. Onlardan 43 ədədi dibçəkdə, 82 ədədi isə torpaqda yetişdirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.

Qeyd edək ki, Fərman Mirişov artıq bir dəfə məhkumluq həyatı yaşayıb.


Müəllif: