7 İyun 2014 13:10
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun digər cinayət əməlləri də ifşa olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun ətrafında Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Aygün Məmmədovanın çantasından 2000 manat və sənəd, Naib Hüseynovun cibindən 600 manat, Günay Nuriyevanın çantasından 50 manat və sənəd, Səkinəxanım Tağıyevanın çantasından 35 manat, qızıl əşyalar və sənəd və Sevər Abdullayevanın çantasından 360 manat və sənəd oğurlaması da müəyyən edilib.

Rasim Misirovun digər cinayət əməllərində iştirakı ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: