7 Aprel 2014 17:51
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Bərdə rayon sakini Vüqar Vəliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, vüqar Vəliyev ötən il dekabrın 9-da Nəsimi rayonunun A. Məhərrəmov küçəsində Sadiq Allahverdiyevin əlindən mobil telefonunu alıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bərdə rayon sakini Vüqar Vəliyev Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Müəyyən olunub ki, o, dekabrın 6-sı saat 19:00 radələrində “20 Yanvar” küçəsində Bakı şəhər sakini Sədail Babaşovun da əlindən mobil telefonunu alıb qaçıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vüqar Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov