8 İyun 2014 13:49

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən gün gecə saat 23:45 radələrində Şəki şəhəri, Mikayl Müşviq küçəsi dalan 2 ev 21-də yaşayan 1999-cu il təvəllüdlü, Təhminə Ramiz qızı Həmidova sol bilək nahiyəsinin kəsilmiş və sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, 15 yaşlı Təhminə Həmidova intihar etmək məqsədilə ülgüc vasitəsi ilə sol biləyini doğramaq istəyib. T. Həmidovaya ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

15 yaşlı qızın hansı səbəbdən intihar etmək istəməsi aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.


Fakla bağlı Şəki rayon prokurorluğuda araşdırma aparılır.


Müəllif: