9 İyun 2014 13:11
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şirvan şəhərinin ərazisində şəhər sakini Kamal Mirzəyev idarə etdiyi “VAZ-21060” markalı avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Fərhad Vəliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: