9 İyun 2014 15:05
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Hava Limanına məxsus sahədən yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Şəki Hava Limanına məxsus sahədən yabanı halda bitmiş, çəkisi 594 kiloqram olan 2007 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Hacı Zeynalov


Müəllif: