9 İyun 2014 15:19
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Novruzova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Sadıxov tutulub.

Hacı Zeynalov


Müəllif: