9 İyun 2014 15:34
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonu ərazisindən bıçaqlanma hadisəsi olub.

Masallı rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Köçəkli kəndində qeydə alınıb.

Kənd sakini Elnur Quliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Əkbər Gülverdiyev tutulub.

Hacı Zeynalov


Müəllif: