9 İyun 2014 16:53
3 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva ilk dəfə münsif kürsüsündə oturub.

Teleqraf.com xəbər verir ki, “Miss Azərbaycan 2014” gözəllik yarışmasında təmsil olunan sənətçi yerli və xaricdən gələn məhşurlarla birlikdə qalibləri elan edib.

Qaliblər və digər nominasiyalar - sms, onlayn- səsvərmə və münsiflərin verdiyi ( 0-100 kimi) xal ilə müəyyən olunub.


Ən çox xal yığan ”Miss Azərbaycan 2014” Cavidan Qurbanova elan olunub. Bundan öncə tədbiri mahnı tövhəsi ilə Ayan Babakişiyeva açıb. Daha sonra münsiflər heyətinin rəhbəri Fəxriyyə Xələfova başda olmaqla, digər məhşurlar Anelya Orduxanova, Rıskul Namazbekova, Kristina Lindenblate, Amil Abbasov, Aysel Manafova, İnam Quliyev, Ayan Babakişiyeva bölümlər üzrə gözəlləri müəyyən ediblər.

Miss Azerbaijan-2014 –Cavidan Qurbanova
I Vice Miss Azerbaijan-2014 –Lalə Məmmədova
II Vice Miss Azerbaijan-2014 –Rena İmaməliyeva
Miss Baku-2014 –Liliya Qavriş
Miss Photo Model Azerbaijan-2014 –Kristina Zamir
Miss Charm Azerbaijan-2014 –Natavan Əfəndiyeva
Miss Press Azerbaijan-2014 –Əfsanə Qasımova
Miss Friendship Azerbaijan-2014 –Nil Durukan (Türkiyə)

Aytən Həsənova


Müəllif: