10 İyun 2014 12:19

Sumqayıt şəhərində dələduzluqla məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Müzəffər Nəcəfovun etimadını qazanaraq dələduzluq yolu ilə 1300 manatını almış Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Araz Vəliyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin iyun ayının 2-də Salyan rayon sakini İlqar Məmmədovun etimadını qazanaraq 1100 manat dəyərində ot bağlamasını satmasını və pulunu mənimsəməsi də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: