11 İyun 2014 09:56
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Xaçmazda yol qəzası baş verib, altı nəfər yaralanıb.

Teleqraf.com Regional TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Muxtadır qəsəbəsində qeydə alınıb. Xaçmaz rayon sakini 30 yaşlı Polad Qiyasov idarə etdiyi 99 FV 509 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Sumqayıt şəhər sakini 28 yaşlı Tural Məhsimovun idarə etdiyi 50 CO 509 dövlət nömrə nişanlı "VAZ 2107" markalı maşınla toqquşub.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Sumqayıt sakini 28 yaşlı Güllü Ağasıyeva, Quba rayon sakini 25 yaşlı İlahə Məmmədova, Sumqayıt şəhər sakinləri - 8 yaşlı Əlibaba Ağasıyev və 28 yaşlı Tural Məhsimov, Xaçmaz rayon Seyidli kənd sakini 22 yaşlı Mənsur Ağasıyev və Xaçmaz rayon sakini 30 yaşlı Polad Qiyasovdur.

Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. "Mercedes"in sürücüsünə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər xəsarət alan 5 nəfər isə stasionar qaydada müalicələrini davam etdirirlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: