11 İyun 2014 13:21

2 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilərək götürülüb.

Teleqraf.com-un Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisədə cəza çəkən Gündüz Abışovun üzərinə baxış keçirilən zaman əlinin içində gizlədilmiş, siqaret kağızına bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə “heroin” aşkar edilərək götürülüb.

Qeyd edək ki, Gündüz Abışov Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: