11 İyun 2014 14:36
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 11-də, saat 02 radələrində Mingəçevir şəhərinin ərazisində “VAZ-2106” markalı avtomobillə şəhər sakini Rasim Mustafayevin idarə etdiyi “İJ” markalı motosiklet toqquşub.

R.Mustafayev və sərnişinləri, atası Tofiq və şəhər sakini Mirsahib Səfərov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: