21 Aprel 2014 12:05
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silsilə oğurluqlar etmiş iki cibgir tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-un verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanılan Bakı şəhər sakinləri Ramiz Əliyevdən 0,203, Sani Samyılovdan isə 0,225 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Ramiz Əliyev fevralın 10-da 36 saylı xətt avtobusunda Gülüstan Quliyevanın cibindən 950 manat, martın 10-da Sarayevo küçəsində yerləşən mağazada Aidə Məhərrəmovanın əl çantasından içərisində 271 manat və bankomat kartı olan pul kisəsini götürərək qarət edib. Bundan başqa o, Sani Samyılovla birlikdə ötən il noyabrın 10-da 51 saylı xətt avtobusunda Rəqsanə Əliyevanın cibindən mobil telefonunu, dekabrın 30-da 11 saylı xətt avtobusunda Afət Quliyevanın içərisində pul, şəxsiyyət vəsiqəsi, iki ədəd bankomat kartı olan pul kisəsini, dekabrın 7-də 44 saylı xətt avtobusunda Kəmalə Rüstəmovanın içərisində 500 manat və sənədlər olan pul kisəsini, bu il fevralın 26-da 51 saylı xətt avtobusunda Günel Mahmudovanın əl çantasından, içərisində 170 manat və sənədlər olan pul kisəsini, aprelin 8-də isə 11 saylı xətt avtobusunda Sevil Məmmədovaya məxsus pul kisəsini oğurlayıblar.

Hər iki şəxs barəsində cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: