11 İyun 2014 17:41
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mebel fabrikində partlayış baş verib, 4 nəfər yaralanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda "Ocaq " ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində bunkerin içərisində və altına yığılmış taxta yonqarı, taxta məmulatları 25 kv.m sahədə yanıb.

Partlayış zamanı şəxsiyyətləri məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işcilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıblar.

Mebel fabriki və əraziyə yığılmış taxta məmulatları yanğından mühafizə olunub.Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: