12 İyun 2014 15:41
501

Sabirabad polisi narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Cəlal Mirzəyev tutulub. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 24 kiloqram 640 qram olan 25 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Eləcə də, Cəlal Mirzəyevin evinə baxış zamanı 4 kiloqram 345,402 qram marixuana aşkar edilərək götürülüb.


Hacı Zeynalov


Müəllif: