13 İyun 2014 00:05

Türkiyənin Adana şəhərinin Ceyhan mahalında 18 yaşlı oğlan mübahisə zəminində bacısı 25 yaşlı bacısını küçənin ortasında bıçaqlayıb.

Bacısı qardaşı ilə evdə hələ bəlli olmayan bir səbəbdən mübahisə ediblər. Mübahisənin ardından əsəbiləşən bacı çölə çıxıb. Bacısının arxasınca gedən qardaşı əlindəki çörək bıçağı ilə küçənin ortasında onu bıçaqlayıb. Qarın nahiyəsindən yaralanan bacısını küçənin ortasında qoyan qardaş oradan qaçıb.

Hadisə yerinə gələn təcili yardım maşını bacıya ilkin tibbi yardım etdikdən sonra onu Ceyhan Dövlət Xəstəxanasına aparıb.

Bacısı əməliyyat olunan zaman qardaşı polis tərəfindən saxlanılıb. Hadisə ilə əlaqədar istintaq başlayıb./anspress/


Müəllif: