13 İyun 2014 09:36
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini 50 yaşlı Famil Qurbanov yaşadığı evin qarşısında avtomobilin yanında durarkən yüksək sürətlə hərəkət edən "Mercedes" markalı maşın idarəetmənin itirilməsi nəticəsində səki daşına çırpılıb. Qəza zamanı "Mercedes" Famil Qurbanovu vurub. Yaralı dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib və ona tibbi yardım göstərilib.

Həkimlərin sözlərinə görə, Famil Qurbanovun vəziyyəti ağırdır və o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

"Mercedes"in sürücüsü isə avtomobilini hadisə yerində qoyaraq qaçıb. Hazırda onun axtarışları aparılır.


Müəllif: