13 İyun 2014 10:29
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Azadlıq prospekti 189 ünvanında qeydə alınıb. Həmin ünvanda hərəkətdə olan 165 saylı 165 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: