21 Aprel 2014 13:45
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir şəhər sakini Möhkəm Rəhimovu qətlə yetirmiş Emin Zeynalov tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 20-də Kürdəmir şəhərinin ərazisində şəhər sakini Emin Zeynalov münaqişə zəminində həmyerlisi Möhkəm Rəhimova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.Rəhimov orada ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zeynalov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: