13 İyun 2014 10:39

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 12-si saat 12 radələrində Xətai rayonu Zığ yolunda Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ziya Abbasov idarə etdiyi «Niva» markalı avtomobillə 1942-ci il təvəllüdlü Solmaz Hacıverdiyevanı vurub. Nəticədə S.Hacıverdiyeva xəstəxanaya daxil olub və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...