13 İyun 2014 14:45
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ağır cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a rayon Prokurorluğundan məlumat verilib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı cinayəti törədən şəxs həbs edilib. Nəsibə Tağılı şəxsi münasibətlər zəminində qardaşı, 25 yaşlı Adil Tağıyev tərəfindən öldürülməsi məlum olub. O, həbs edilib.

Adil Tağıyev istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bacısını qısqanclıq zəminində öldürdüyünü deyib. Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Məlumata görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. Kənd sakini Nəsibə Tağılı yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Hadisənin kim tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: