13 İyun 2014 12:12
424

Bakının Qaradağ rayonunda yaşayış evində yanğın olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə yaşayan Zəminə Məmmədovaya məxsus evdə yanğın baş verib.

Nəticədə ev tam yanıb, yanıq xəsarəti almış Əsəd Hüseynli xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: