13 İyun 2014 12:43

Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyunun 12-də, saat 20.00-da qeydə alınıb.

Rayonun Qobu qəsəbəsinin ərazisində Yaşar Əlicanovun idarə etdiyi “Nissan” və Şirvan şəhər sakini Samir Həsənovun idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub.

Y. Əlicanov və sərnişinləri, həmyerliləri Ağamirzə Əlicanov və Məmmədbağır Bağırzadə xəstəxanaya yerləşdirilib, M. Bağırzadə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...