13 İyun 2014 13:09
479

Bakının Xəzər rayonunda avtomobilləri qarət edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən Ceyhun Abbasov və Əli Əsgərli həbs edilib. Hər iki şəxs Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə aparılıblar.

Əməliyyat tədbirləri nəticəsində onların başqa cinayətləri də üzə çıxıb. Məlum olub ki, onlar Qala qəsəbə sakini Tofiq Əzizovla birgə Elnur Şirəliyevə, Cabbar Bayramova və Türk Yapı Sənaye MMC-yə məxsus avtomobillərdən akkumulyator, Şair Novruzova məxsus “Niva” markalı avtomobildən maqnitofon və eynək, Rövşən İbrahimova məxsus kafedən ərzaq məhsulları, kafenin qarşısında saxladığı “VAZ-2107” markalı avtomobildən flaşkart, Tural İlqarova məxsus avtomobil təmiri sexindən 3 ədəd təkər, habelə sexdə olan Ramin Kərimova məxsus “BMW” markalı avtomobildən maqnitofon və 3 ədəd səsgücləndirici oğurlamaları, habelə Qəhrəman Quliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib. Tofiq Əzizov tutulub.

Hacı Zeynalov


Müəllif: