13 İyun 2014 15:16
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri olub.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində iki nəfər oğlan 14 yaşlı R. M. aldadaraq öz evlərinə aparıblar. Gənc oğlanlar evdə məktəbli qıza qarşı əxlaqsız hərəkətlər ediblər və daha sonra hərəkətlərini telefonun kamerasi ilə çəkiblər.

Hadisədə şübhəli bilinən hər iki şəxs həbs edilib. Rayon polis idarəsində toplanmış materiallar araşdırılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: