1 Aprel 2016 09:11

Ağdaş rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Ərəb kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 kv. m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...