1 Aprel 2016 12:45
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Hüseyn İsmayılov, Hacı Məmmədov və Emin Alıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 14 yaşlı Sevda Babayeva (ad və soyad şərtidir) Emin Alıyev, Hüseyn İsmayılov və Hacı Məmmədov tərəfindən aldadılaraq təcavüzə məruz qalıb. 14 yaşlı qızla Emin Alıyev və Hüseyn İsmayılov cinsi əlaqədə olub, Hacı Məmmədov isə bu görüntüləri mobil telefonunun yaddaşına köçürüb.

Hadisədən sonra 14 yaşlı qız Emin və dostları tərəfindən hər dəfə video görüntülərinin yayılacağı ilə şantaj olunub. Sevda Babayevanı həmin görüntülərini sosial şəbəklərdə yaymaqla hədələyiblər.

Hüseyn İsmayılov və Emin Alıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) və 182.1-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə, Hacı Məmmədov isə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn İsmayılov və Emin Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hacı Məmmədov isə şərti cəza alıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onların apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: