1 Aprel 2016 14:42
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda idman müəllimi qarət edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən idman zallarından birinin yardımçı otağında baş verib.

Orada müəllim işləyən Bakı şəhər sakini Kamal Abbasovun 540 manatını oğurlanıb. Kamal Abbasov baş verən hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Komandirov tutulub.

Hacı Zeynalov


Müəllif: