2 Aprel 2016 11:12
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.

Orada naməlum şəxs Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Əliqulu Qasımovu bıçaqlayıb. O, Tibb Universitetinin Cərrahiyyə Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Əliqulu Qasımov tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib. O, bildirib ki, bulvarda gəzişən zaman tanımadığı şəxs onunla heç bir səbəb olmadan mübahisə edib və mübahisə zamanı qanlı cinayət hadisəsi baş verib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: