2 Aprel 2016 17:40
221

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Bakı şəhər sakini Ramin Əmrahov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq İsmayılovu vurub. Şaiq İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: