2 Aprel 2016 23:30
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qonşular arasında mübahisə cinayətlə nəticələnib. Teleqraf.com xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Yusif Maşayev qonşusu, 1979-cu il təvəllüdlü Aqil Alıyev ilə mübahisə edib. Mübahisə zamanı Aqil Alıyev Yusif Maşayevi döyərək, ona xəsarət yetirib. Hadisə Yusif Maşayevin evinin qarşısında baş verib. Aqil Alıyev orada qonşusu ilə pul borcu üstündə mübahisə edib. Sonda mübahisə cinayətlə nəticələnib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: