2 Aprel 2016 23:46
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində avtomobillərdən oğurluq edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Səbuhi Xuduyev və əvvəllər məhkum olunmuş Elmir Şirinov tutulublar.

Onlar bu ilin martın 4-də rayon sakinləri Səddayıl Sadıqova və Eşqin Dünyamalıyevə məxsus avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli biliniblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: