4 Aprel 2016 12:32

Şirvan şəhərində Türkiyə vətəndaşına hücum olub.

Teleqraf.com xəbər verir ki, “Galaxy” şirkətinin müdiri Akkurt Sadrettin “Toyota” markalı avtomobili idarə edərkən velosiped sürən naməlum şəxsin yıxıldığını görüb.

Akkurt Sadrettin kömək məqsədi ilə avtomobilindən düşüb və həmin şəxsə yaxınlaşıb. Bu zaman velosipedçi Türkiyə vətəndaşının başından vurub.

Zərbənin təsirindən Türkiyə vətəndaşı huşunu itirib.

Bu vaxt həmin şəxs salonunda 60000 manat olan avtomobili qaçırıb. Akkut Sadrettin xəstəxanaya yerləşdirilib.

Avtomobil hadisədən bir neçə saat sonra Şirvan şəhəri ərazisində tapılıb və pulun aparılması müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...