4 Aprel 2016 18:14
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yaşayış evində partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Elnur Mehdiyevin evində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə evin qapı və pəncərə çərçivələri dağılıb, E.Mehdiyevin arvadı Günay xəstəxanaya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: