5 Aprel 2016 13:59
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Şirvan şəhərində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Caniyev həbs edilib.

Aqil Canıyevdən 3 kiloqram 630 qram tiryək və 3 kiloqram 980 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: