5 Aprel 2016 22:18
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Gündüz Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Leyla Namazovanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: