6 Aprel 2016 14:23
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ötən il ağır yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Teleqraf.com xəbər verir ki, İmişli rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisində 3 nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Elçin Kərimov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: