6 Aprel 2016 14:45
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan tanınmış şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib. Daha sonra Saday Şəkərovun vəkili Bəhruz Bayramov vəsatətlə çıxış edib.

Vəkil cinayət işi üzrə əsas şahid olan Vergilər Nazirliyinin əməkdaşı Asif Cahangirovun məhkəməyə gətirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, Asif Cahangirovun məhkəməyə gəlməsi üçün bildiriş göndərilib.

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

Qeyd edək ki, Saday Şəkərlinin cinayət işi Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr olub.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif: